Yüklənir..

RÜBƏND

Kitabdakı bölmələr

Burada kitabın hər fəsli barədə qısa məlumat əldə edə bilərsiniz.

ESSELƏR

Sərbəst kompozisiya. Mənim üçün cilalı almazdı bunlar.

Olubmu ki, nəyəsə böyük tələbat duymusuz, həyata gətirmisiz onu, reallaşdırıb yaşatmısız.., sözlərmi, musiqimi, rənglərmi dünyasının sakininə çevirmisiz və o da öz müqabilində sizi, öz yaradanını ovudub.. Amma sonra arxanıza baxmadan qaçmaq istəmisiz ondan.., həm sevinciniz, həm kədəriniz olub., həm udub, həm uduzduğunuz bir nəsnə. Mənəvi qida və uçurum. Tuluz-Lotrek üçün Mulen Ruj nə idisə, sizin üçün də bu doğurduğunuz eyni bir şey.

SİNEMA

Həyatın dinamik şəkillərdə təqdimatı. Projektorun lenti fırlanır, epizodlar bir-birini əvəz edir. Lütfən yerinizdə rahat əyləşin, gündəlik qayğilarınızı arxada buraxın., burası sinema dünyası.

Süjetli yazılardır burda...lap adi hekayələr kimi. Qeyri-adiliyi müəyyən postmodern səpintisindədir.

RİTORİKA

Burda eksperiment xarakterli yazılar toplanmış. Dillə eksperiment. Söz oyunu. Verlibr, ağ şer taparsız burda. Ana dilinizin maqik təsirinə düşərsiz burda...bəlkə də düşməzsiz. Baxır dilinizə nə dərəcədə heyransız. Burda bir az pafos var., bir az söz ilgəkləri.. onlara dolaşmaq olur, istədiyiniz təqdirdə.

YÜNGÜL YAZILAR

Burda düşünmək olmaz. Gülmək məqbuldur.
Pəhriz saxlayırsınız? Onda “Tort” sizlik deyil. “Kokteyl” təqdim edərdim sizə. Kişi kosmetikası ilə maraqlanırsınızsa, lap yerinə düşmüsüz.

ÜÇ NAĞIL (Trilogiya)

Niyə nağılları ancaq uşaqlara oxuyurlar? Bəs böyüklər? Bəlkə bizlərin nağıllara ehtiyacı daha çoxdur. İnanmıram ki, uşaqlar reallıqdan qaçmaq istəsinlər. Yorulanda, inciyəndə, sınanda öz oturuşmuş həyat rejiminizi tərk edib, isti kreslonuzdan qalxıb nağıl qəhrəmanları, mifik dünyanın sakinləri ilə görüşmək istəyirsizsə, bura buyura bilərsiz… səhnəyə diqqətlə baxın. İndi ağır, qırmızı məxmər pərdələr açılacaq, sehrli musiqi sədaları altında nağıl bələdçisi sizi uzaqlara, çox uzaqlara aparacaq...

Aylı gecənin hökmranlığında meşə kənarında tənhalığı ilə öyünən, damına ağır qar yorğanı sərilmiş, sakinlərinin kimliyi məlum olmayan, meşənin artıq özününkü sayıb, mamır, göbələk və sarmaşıqla bələyib gizlətdiyi, səhər qeyb olub, gecə peyda olan sehrli komanın sobasinda odun çırtıltısını eşidirsiz?.. Əgər eşidirsizsə, onda gedək.

QOTİKA

Ay işığı... qədim, çox qədim qalın keçilməz meşə. Yolsız-rızsız., cığırsız ağac krallığı. İllərin yarpaq tökümündən salınmış meşə döşənəcəyi. Həşəratların ovduğu ağac gövdəsi. Qaranlıq, səmirsizlik, nəm və təklik qoxulu meşə parfümü. Nəhayətsizlik məcazı və bu qaranlıq, səssizlik və təklikdə itmək istəyi... bu istəyin cazibəsi və xofu. Gecə ilə dil tapıb onu xətasız ötüşdürdüyünüz təqdirdə səhər alatoranının sizə hədiyyəsi - uzaqda gözünüzün sizlə zarafat edib, sizi bayılda biləcəyi ehtimalından şübhələndiyiniz bir qala... istehkam..., müdhiş, amma müdhişliyi qədər də gözəl, çəkici və əlçatmaz monumental bir tikili. Realmı, yuxumu olduğunu aşkarlamaq öhdənizdə.

KONSPİROLOGİYA (Trilogiya)

Burda çoxlu suallar var., cavabsız suallar. Beləcə, yetim suallar məcmuyudur. Ümumiyyətlə, yalnız sadəlövh insan düşünə bilər ki, suallar öz cavabını nə vaxtsa tapacaq. Və ən sadəlövhlər düşünə bilər ki, hər sualın tək bircə doğru cavabı var. İsayya Berlin heç də belə hesab etmirdi.

Bəziləri bu ciddi məsələni şişirdilmiş şar sayırlar., bəziləri masonlara haqq qazandırır, bəziləri onlara nifrət edir, bəziləri bütün olacaqları yaradanın zövq və iradəsinə buraxırlar. Biz də sonunculardan olaq.

SANDIQ YAZILARI

Məhəbbət ilahəsi əsrarəngiz Afroditadan üzr diləyim ki, onun səlahiyyətində olan o gözəl, valehedici oazisin ya sonsuz boz tənhalıqlar okeanında gəzən riflər adasının – unudulmaz duyğular, hisslər, ekstaz və ekzaltasiya vətəni sayılan Məhəbbət səltənətinin mədhiyyələrini köhnə, sınıq-salxaq sandığa tullamışam. Sandıq qıfıllanmayıb, bəlkə içindəkilər kiməsə lazım oldu deyə...


Yarpaqlar Kitabdan sitatlar

Mənzil

Döşəməyə dağılmış notlar, çiynimdə dolaşmış saçlar, piano, oreqano, ağ oyuncaq ayı, mənim rəngli topum – yaddaşın serfinq oyunu...
təzahürlər, qadağalar, tabulardan küsmüş daxili maqma.
tozlu pəncərə şüşəsindən döşəməyə şığıyan şıltaq günəş şüası məni arayır..., “min tərkimə, gedək” deyir. Səd heyf, itirirəm onu. Tərkdəki duman xaosundan karıxıb qaçır şüa... yenə məchulluqla başbabaşam... günəşin xəyanətində.

Köhnə çarpayı, hünülər qonmuş miçətkən, bürkü, tüstü.

Duman, ağımtıl boz divarlar, alçaq tavan, sarımtıl boz pərdələr, pastel tonlu anturaj, hörümçək torları, tora düşmüş göz yaşları, nəyi ki hörümçək mirvari bilir, pıçıltılar, ... sınmış fincan, ovcumda həblər, həblərdə qurtuluş, otaqda ilğım...
gözlərim yumulur ... yuxumu, gerçəkmi?... burdayam, orda??...

Küləklərdən soruşsunlar..........külək fışıltıyla cavab versin.

Gecələrdən soruşsunlar..........gecə çiyinlərini çəksin.

Cücələrdən soruşsunlar...........cücələr qara gecələrdə gizlənsin.

Çıraqlardan sorsunlar............çıraqlar işığını keçirsin.

Axan bulağa üz tutsunlar.............bulaq qurusun.

Təpədən sorsunlar...............təpə yerlə düzlənsin.

Xəritələrdə axtarsınlar məni...............xəritələr çaşıb qalsın.

Bulud
Gecə

Günəş iki əlini üfüqlərə dirəyib yavaş-yavaş dikəlirdi. Qaranlıq iri, selikli bir mollyusk kimi ayaqlarını sürüyə-sürüyə təzəcə aradan çıxmağa hazırlaşırdı ki, “ehey! Ayaq saxla!” nidası gəldi. Geri boylanan Qaranlıq köksündən dərin bir xəncər yarası aldı. Qoca, qara sirrlər gizləyən sinəyə dəyən xəncər qırılıb töküldü. Səs-küyə birinci quşlar ayıldı, hövlnak yuvalarından çölə atılıb bir-birini səsləməyə başladılar: “Gördüz, eşitdiz?!”

Qan apardı qaranlığı. Qanı üfüqlərə sıçradı. Sürünə-sürünə getdi yuvasına, yatmağa. Yuxu görməyə getdi, o yuxuda ki, Günəşdən qisas gizlənib. Yaralarını yalamağa, ölməyə getdi, gələcək gecə növbəsində təzədən dirilməkçün.

Günəş protuberanslarını sığallaya-sığallaya dikəlirdi. Dikələrək də yarıqarlıq sübh reallığının soyuğundan dəhşətə gəlirdi. Gecənin ciblərində rəngi boğulmuş buludlar günəşə baxıb ürəklənir, özlərini çırpa-çırpa ağarırdılar. Doğu Batıya dil göstərirdi.

Şəhla NihanMüəllifdən

Rəylər Oxuyucuların rəyi

Trilogiyanın ikinci nagili “Fanus” - menani tutdum ki, etdiyin her bir shey, xeyir de, sher de ozune gayidir. Bu nagilda oldugu kimi, evvel fanarlarin bir-biri ile chekishmeleri, sonra ushaglarin fanarlari sindirarken, kimin daha meharetli olmaglari hagda mubahiseleri, sonda ise planetlerarasi horumcheklerin oglanlari hansi ustaligla yemeleri baresinde olan sohbetler bu pis xilgetli xususiyyetlerin bumerang kimi olmagindan xeber verir. Amma en xoshuma gelen cumle bilirsiz hansidir? "Men bilirem senin atan kim olub". Yeni her shey hardasa gelib irsiyyete dayanir...

Naqəfil

Maraglı yazıdır. Mən sona yaxınlaşanda anladım ki, əsərin qəhrəmanı qarışqa imiş. Doğrusu, mən burulğanlı həyat içində baş çıxarmağa çalışan hansısa bir qadın obrazını gözümün önündə canlandırmağa çalışırdım ki, bu nəlbəki məsələsi bütün hər şeyi qoydu öz yerinə. Bu, qarışqanın acı taleyi imiş. Burda qarışqa cəmiyyətdəki zəif insanlara bənzədilib.

Həyat plani

Oxudum. Çox xoşuma gəldi, doğrudan da əsl həyat planidir, çox insanin yaşadığı heyətdir. Əvvəlində ürəkdən gülə-gülə oxuyurdum, düzdür axirina yaxınlaşdiqca, üzümdəki gülüş itsə de, amma həqiqəti olduğu kimi qəbul etmək lazımdır, nə qədər aci olsa da. Bu yeknəsek həyat axar çaydır, onun təlatümündə qadının özü uçun vaxt tapmasi müşkül məsələdir. Yaxşi yazmisiniz. Ugurlar!!!

Ağ atlar

Xoşuma gəldi, ağ atlar və oğlanlar -texeyyülün məhsulu olanlar. Ikinci hekayədə daha güclü qadınla rastlaşırıq, burada qadının statusu ferglidir, onun həyat tərzi də çox ferqlidir, gününün çox hissesi gərgin məşgulluqla keçir və yenə də ağ atliya ehtiyac duyur.

Müəllifi və özümüzü təbrik edirəm. Mənə elə gəlir ki, bu əsəri ədəbi dünyamıza bir yenilik kimi qəbul edə bilərik. Əsər haqqında qiyməti müəllif qədər dürüst verə bilmərik. "........ Üsyandı, inqilabdı kəlmələrim. 'Hə'lərə yox!, 'Yox'lara 'Hə!'dir". Buna bariz nümunə "Qadın naləsi" əsərində demək olar ki, bütün azərbaycanlı qadınların (Bəli azərbaycanlı qadınların. Cox vaxt həyatı problemlər Bizə qadınlığımızı unutdurur. Bu da Sovet dövründən Bizə hədiyyə qalan qadın-kişı bərabərliyinin nəticəsidir) ürəyindən kecən, dilinə gətirə bilmədiyı üsyan kəlmələridir.

Əsəri oxuduqca müəllifin nə qədər söz ehtiyatının olması, dilimizdə yaddan cıxan sözlərdən tez-tez istifadəsi, hərdənbir özünəməxsus yeni sözlərin əlavəsi əsərə daha da rəngarənglik verir, oxucunu yormur. Elə bil ki, əsəri oxuduqca həm düşünür, həm dincəlir, həm də öyrənirsən. Mənə elə gəlir ki, müasir ədəbi dünyamızda bu əsərin öz yeri, öz oxucusu var. Müəllifə uğurlar arzulayırıq. Yeni-yeni əsərlər ümüdi ilə.

Axsham düşürdü

Bu yazıda qaranlıqla günəşin, sükutla oyanışın bir-birinə üsyanı göstərilib. Gecənin sükutunda butun aləm eyni rəngdə, qapqaranlig olursa, səhər günəş doğunca hər şey olduğu kimi görünür. Biz rəngli dünyanın şahidi oluruq. Qaranlığın şam işığına qalıb gələ bilməməsini yaxşı təsvir etmisiniz.

O mənimdi

Ən çox təsirləndiyim bu oldu desəm, yanılmaram. Tənha ada ve Robinzon Kruzo kimi birisi. Sözlərdən qida düzəltmək maraqlı nyuansdır. "kərtənkələm"-den kələm, "keçinərəm"-den keçi, "tutaram"-dan tut... Təki əvvəlki məkanına qayıtmasın insan. Amma həqiqəti deyim sizə: men sevinirəm ki, siz o adanın ünvanını unutmusunuz...

Oxudum. Xoşuma gəldi. Həyat plani, Görüşə gedəndə nə etməli hekayələrinin ikisində də tikanli gülüş var. Adam oxuyanda hekayə adami tutub saxlayir, səbirsizliklə sonunu gözləyirsən. Ona görə bir nəfəsə oxuyursan.

Hamisi həyati məsələlərdir, yaşama uyqundur, yaxindir. Işlədilən sözlər çox sadə adamlara aydin olmaya bilər.

Yəqin ki, müəyyən qədər səviyyəli oxucu uçun nəzərdə tutulub.

Gorushe gedende.

Urekden gulush geldi mene bu hekayeni oxuyanda. Umumiyyetle, chox yaxshi alinib. Davam edin.

Gozel kitabdi. Shehla xanim. sag olun.

İlk təəssüratımı yazıram. Sonra bir də oxuyacağam. Elə kitablar var, təkrar oxunuşda yeni mətləblər açılır. Elə bilirəm, bu da belələrindəndir.

Müxtəlif məqamlara toxunmusunuz. Dərinlik var burda, təkrarolunmazlıq var. Kitab tam yeni üslubdadır, fərqli birisi. Təsvirlər çox xoşuma gəldi. İnsanı xəyallarınızdakı yerə çəkib apara bilmisiniz. Özümü hadisələrin içində hiss etdim.

Bir sıra tanış olmayan sözlərlə qarşılaşdım ki, bu da mütaliəni çətinləşdirirdi.

Ürəyimdən xəbər vermisiz. Elə bil illərlə içimdə yığılıb qalan sözləri dilə gətirmisiniz. Vulkan püskürüşüydü sanki. 32 hərflə dünyaya meydan oxumaq deyərdim buna.

Men bu kitabi oxuduqda muellifin heyatindan parcalari oxuyurdum. Cunki, her bir nagilda heqiqetin elameti vardir.

Это песня..., мугам. Кровью написано.


Satış nöqtələriRÜBƏND-i hansı mağazalardan əldə edə bilərsiniz?

KİTAB EVİ

Bakı, Nigar Rəfibəyli 41 (fəvvarələr meydanı. Nərgiz t/m yaxınlığında)

AKADEMİYA kitab mərkəzi

Bakı, M.Rəsulzadə 11 (Nizami muzeyinin alt qatı)

AKADEM.kitab

Bakı, İstiqlaliyyat 6 (m.İçərişəhər. Akadem. Rəyasət heyəti və İqtisadiyyat Univers. arasında)

PERO dəftərxana

Bakı, Ş.Qurbanov 2/15 (Beşmərtəbə. Kitab mağazası 2-ci mərtəbədə yerləşir)

KİTAB KLUBU

Bakı, Mustafa Sübhi 13 (Təzəpir məscidinin yuxarı qapısı)

BAKİTAB

Bakı, İstiqlaliyyat (M.Ə.Sabirin heykəli ilə üzbəüz)

Kitabın pərakəndə satış qiyməti: 5 AZN